© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

VMF SAATLARININ ELÇİSİ - MƏNSUM İBRAHİMOVUN AD GÜNÜ

October 1, 2019

Bu gün mənim əziz dostum Mənsum İbrahimovun ad günüdür!
Mənsum 1960-cı ildə Azərbaycanın Qarabağ bölgəsində doğulub. Vokal sənəti ilə altı yaşından məşğul olmağa başlayıb. İlk ifalarından böyük uğur qazanıb. 25 yaşında artıq Şərqdə ilk Opera Teatrının solisti olub. Bir neçə beynəlxalq festivalın qalibidir. Orta Şərqin məşhur musiqi janrı olan muğamı dünya miqyasında tanıdan xanəndələr sırasında bu gün Mənsum İbrahimovun yeri özünəməxsusdur. İtaliyanın dünyaca məşhur Arena di Verona antik teatrında Roma Simfonik Orkestri ilə çıxış edib. Bütün Avropaya yayımlanan “RAI” italyan radiosunda birbaşa konsert verib. 2011-ci ildə Danimarkada keçirilən Dünya Musiqi Sərgisi (World Music Expo) festivalında çıxış edərək Avropanı fəth edib. Latın Amerikası musiqiçiləri ilə muğamı yerli musiqi janrları ilə sintez edib. Ümumiyyətlə, Mənsum İbrahimov Orta Şərqin etnik musiqisini Avropa və Amerika melodiyaları ilə sintez edən ən uğurlu muğam ustadlarından hesab olunur. O, klassik muğamı ilə Orta Şərqin musiqi zövqünü milyonlarla insana sevdirə bilib. Məhz bu səbəblərdən Mənsum İbrahimov 2018-ci ildə Azərbaycan istehsalı olan VMF Saatlarının uğur fəlsəfəsinin Elçisi seçilib.
Əziz dostlar, Yalchin Adigezalovun dırijorluğu ilə, Simfonik Orkestrin müşayəti ilə Mənsum Ibrahimovun ifasında Qarabağ Şikəstəsini qulaq asmağa sizi dəvət edirəm! Maestroya müşaiyət edirlər Elçin Həşimov (Tar) və Elnur Əhmədov (Kəmança)

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now