Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatı Bakıda sona çatdı.

September 22, 2019

Belə ki, Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatı Bakıda sona çatdı. Çox gərgin yarışmada gözə çarpan üstünlüklə Rusiya idmançıları Arina və Dina Averinalar Çempion oldular. Halaldı onlara!!! Sözsüz ki Rusiya Himni səsləndi və hamını Rusiya Xalqı və Bayrağına hörmət etməyi məcbur etdirərək ayağa qaldırdı...


Bir anlıq özümü keçmiş SSRİ-də hiss etdim - axı nə vaxtsa indiki Rusiya Himni SSRİ Himni idi və bu Himn sədaları altında 250 milionluq ölkə bütün dünya ilə savaşıb qələbələr çalırdı və biz hamımız buna sevinirdik - lap bu Gimnastika Çempionatında olduğu kimi. Bir idmançı kimi mən bacıların qələbəsinə çox sevindim. Gözlərimi Fəxr və Qürur damlaları ziyarət etdi! Axı çıxışları boyu gündəlik zəhmətləri və dəhşətli və yorucu məşqlər göz qabağında idi.
Digər tərəfdən Azərbaycanda İsveçrə saat Fabrikası olan Longines nümayəndəsi və bu Çempionatın Baş Sponsoru olaraq bir daha bizim hələ Çempionatdan əvvəl Arina və Dinanı Longines Siması və Elçisi seçməyimizdə yanılmamağımızdan da qürürlandıq!

QƏLƏBƏ! - Necədə şirin hisslər bağışlayır insana bu anlar, nə qədər həyacan, nə qədər qürur.
İn şa Allah keçmiş SSRİ və ya indiki Longines nümayəndəsi kimi yox, AZƏRBAYCANLI kimi QƏLƏBƏ hissindən hamımız bir anlıq Çempion olaq... bir Millət kimi, bir Toplu kimi...
İnanın bunun üçün gecə gündüz çalışıb ölməyə dəyər! Burda Quran-i-Kərimdə sürələrin axırında tez-tez təkrarlanan bir kəlmə yadıma düşdü "...bunu yalnız anlayanlar bilər"... və ya ömründə heç olmasa bir JEK yarışında olsa belə iştirak edib qələbə çalan anlayar!

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now