Vahid Mustafayev animasiya ilə Qobuya gedib

Məşhur yazarın yol qeydi

 

... Hər şey məni sıxırdı. Heç nə ürəyimcə deyildi. Yəqin ki, havadan asılı qalmış bu duman, qalın buludlardan çisələyən bezdirici yağış məni boğurdu… Və bir də səliqəsiz biçilmiş quru tikanlara görə baltalanmış kollara bənzəyən təpələr… Onların ətəyində mürgüləyən ağacsız insan yuvaları… Bir də balasının mələrtisini eşidib əlacsız şəkildə yiyəsinin həyətinə soxulmaq istəyən baxımsız inək. Hər şey donuq-donuq, ağır-ağır büzüşürdü.

Bu, Qobu kəndidir, nə qədər xoşa gəlməsə də, Bakının cah-calallı yaşamının düz yanında mürgüləyir… Ürəyimdə universitetdən qrup yoldaşımı - Rusiyanın yetərincə uğurlu kinematoqrafı, yazıçı və rejissoru Saşa Leyferi söyürdüm. Onun “xeyir-duası” məni bu səfərə məcbur etdi. Məni ən zəif yerimdən vurdu - hər şeyi bilmək istəyimdən. Daha doğrusu, həmişə boğazım quruyana qədər danışdığım məsələdən - canımla və qanımla bağlı olduğum Azərbaycanın uğur və nailiyyətlərindən danışdı. Özü də mənə! Elə bil məni qılıncla vurdu. Bu necə ola bilər? Onun xəbəri var, mənim yox!

- Bu, necə olur?! - sanki yadplanetli görmüş kimi, tam səmimi şəkildə heyrətlə mənə baxırdı. - Orada, düz yanlarında yaşayırsan və bu cür unikal dəyərinizdən – “Balans” Milli Animasiya Mərkəzindən xəbərin yoxdur. Sənə deyim, o, “Mosfilm”in tərifli animasiya xidmətini diz çökdürər, halbuki, “Mosfilm”ə düşmək üçün ya "blat"ın olmalıdır, ya da az qala bir ay çəkən uzun növbəyə dayanmalısan. İş də qalır… Başa düşürsən, necə dəhşətdir!.. Studiya dəhlizinin labirintlərindən birində eşidirəm ki, mənim kimi növbəyə duranlardan birinə məsləhət görürlər: “Bakıya get. Orada heç bir növbə yoxdur, burdakından da yaxşı iş görürlər. Onlardakı aparatlar bizim üçün əlçatmazdır!” 

Araşdırma aparıram. Bəli, Azərbaycandakı ANS media şirkətində  belə bir qurum var.  Rəhbəri də sizin Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı, iki dəfə Qarabağ döyüşlərində yaralanmış Vahid Mustafayevdir… Adı da yadda qalandır… Koba… Stalinin gizli ləqəbinə bənzəyir.

- Bizdə Qobu kəndi var! Vurğu “u”nun üstünə düşür, - deyə ona düzəliş verirəm.

- Əgər onda vurğu varsa, son hərfdə deyil, “unikum” sözünün başladığı ilk hərfdədir. Unikum orada yerləşən “Balans” Milli Animasiya Mərkəzidir. Görsən, heyran qalarsan, - deyə o, mənim gözlərimi açdı. 

…Vahid Mustafayev və ona məxsus media-evi, onun bir mərtəbəsində yerləşən Mərkəz barədə məlumat torplamaq bir bakılı kimi mənə çətin olmadı.

- Bu Mərkəz yox, bizim xidmətlərdən biridir, - məni dinləyən Mustafayev dəqiqləşdirir və ruh yüksəkliyi ilə əlavə edir: - Bunun nə olduğunu telefonla danışmaq, göstərmək mümkün deyil… Əgər maraqlıdırsa - gəlin. Biz Qobuda yerləşirik.

…"Cip"in pəncərsindən axan yorucu landşaft ümidverici bir şey vəd etmirdi. Və birdən biz sola döndük, yolun hər iki tərəfi ilə sıralanmış kiçik, amma böyüməkdə olan çinarların arası ilə getməyə başladıq. Hər şeyin üstünə sanki birdən dirilik suyu səpildi. Halbuki, başımızın üstündə elə həmin qara buludlar asılmışdı, elə həmin yağış çisələyirdi, amma daha əvvəlki kimi bezdirici deyildi.

- Hə, xoş gəlmisiniz! - deyə Vahid Mustafayev mehribanlıqla əllərimizi sıxır və sonra işgüzarcasına iş yerinə dəvət edir.

Mən yenə xatırladıram ki, onun yaratdığı qurum barədə, təəssüf ki, yalnız Moskvada öz universitet yoldaşımdan xəbər tutmuşam. Mustafayev kimdən söhbət getdiyini dəqiqləşdirib dərhal xatırlayır:

- O, Omskdandır, vilayət yazıçılar təşkilatının sədridir… Burda, bizim animasiya bir həftə vaxt keçirdi. Onunla birlikdə burada Piterdən multiplikator və Tatarıstandan sənətli film rejissoru da işləyirdi… Onlardan qabaq da, sonra da bizə müraciət edənlər çox olub. Heç kimə imtina etmirik. Texniki imkanlarımız növbədən qaçmağa imkan yaradır. Barəmizdə çox yerdə bilirlər… Onda sizin həmkarınızla birlikldə işləyən uşaqların hər birinin öz məsələsi vardı və bizim uşaqların laboratoriyalarında həll etdilər.

Rəng, mimika, həcm, fon, səs… Bütün bu spektr, onları canlandıran kadrlar və rejissor yanaşması, hər şey onların əlinin altında idi. Bax burada, -  deyə o, otaqdan otağa keçir, -bu ağıllı və mürəkkəb kompüter texnikasını biz bütünlüklə, kinematoqrafiya istehsalının bütün nüanslarının proqram təminatı ilə birlikdə biz Birləşmiş Ştatlardan və Kanadadan almışıq. Axı amerikanlar bu məsələdə çox qabağa gediblər. Onlar çoxdan animasiya konstruksiyasını, onun daşıdığı dialektiktikanı insanların şüuruna dövlətə lazım olan və onun maraqlarına cavab verən, bu məsələdə əvəzsiz rol oynayan dəyərlərin təlqin edilməsi kimi incə proses sayırlar. 

- Bu ki, böyük pullar deməkdir! - istər-istəməz dillənirəm.

- Hə, əlbəttə, bizim media evinin büdcəsinə təsirsiz olmayıb. Amma, - Mustafayev gülümsəyir, - buna dəyər… Axı bizim uşaqlar prezident tərəfindən qoyulan və dəfələrlə səsləndirilmiş ideoloji xətt üzərində işləyirlər. Ölkə başçısı həmişə Azərbaycan xalqını, hər şeydən öncə onun böyüməkdə olan nəsillərini maarifləndirməyə çağırır, çünki bizim sabahımızın necə olacağını onlar müəyyən edəcəklər. Bundan ruhlanaraq biz bütün imkanlarımızal hamıya, ilk öncə bizim ideologiya ilə məşğul olan qurum və idarələrimizə gerçək imkanlarımızı təklif edirik…

- Yəqin, sifarişlərdən başınızı qaşımağa vaxtınız olmur? - deyə soruşuram.

Amma qərbidir ki, Vahid müəllim mənim verdiyim sualı qulaqardına vurur. Amma əminəm ki, onu eşitdi və hətta fikrə getdi.

- Biz öz bazamızda yetərincə qısa zamanda maarifləndirici xarakterli, məktəbə qədər və məktəb yaşlı uşaqları əhatə edən 18 animasiya filmi yaratmışıq.  Gerçəklərin və dəyərlərin qavranmasında yaş həddi böyük önəm daşıyır, biz bu gerçəkləri və dəyərləri onların anlayış bucağı altında, amma bizim yetkin baxışlarımızın təngə gətirməyən aparıcılığı fonunda nümayiş etdiririk… Burda ustalıq tələb edilir. Həmişə nəzərə almaq lazımdır ki, sənə baxan və səni dinləyən bu kiçik insan - bizim sabahımızdır… Sən onda özü ilə dünyaya gətirdiyi ən qiymətli və ən yaxşı olanları canlandırırsan. 

- Burda, necə deyərlər, iş bizim ideoloji qurumlardan asılıdır,- deyə qeyd edirəm, həm də ehtimal edirəm ki, bu məsələdə söz sahibi olanların uzun siyahısını eşidəcəm…

Təəssüf! Mustafayev  yenə də söhbətin bu cür dəyişməsindən uzaqlaşır və yaratdığı Mərkəzin imkanlarından danışmağa üstünlük verir.

- Sizin burda gördükləriniz,- deyə o bildirir,- təkcə zamanın çağırışına cavab verən  elektron qurğuların texnoloji qovşaqları olmaqla qalmır. Bu, böyük və dahiyanə sadəliyə çatdırılmış, amma, necə deyərlər, portativ formaya sıxılmış bütöv bir sənayedir. Bu, bizim gözümüzün önündə ölən “dinozavr”ları - monstr zavodları əvəz etməyə gəlib. O monstr zavodları ki, nəhəngliyi ilə biz dünən fəxr edirdik. Onlar iri ərazilər tuturdular, guruldayırdılar və havanı korlayırdılar. Sizə, mənim fikrimcə, çox vacib olan bir şey deyəcəm. Dünyanın öz ölkələrində ideoloji konstruksiyaları quran və tətbiq edən iqtisadiyyat və ictimaiyyət xadimlərinin fikrincə, bizim həyatımıza daxil olan animasiya sənayesi mənəvi-əxlaqi dəyərlər toplusu üçün real formalaşma və təsir rıçaqıdır. Bu dəyərlər toplusunun bizim özümüzə məxsus  mədəniyyətmizə və şüurumuza təsiri var…

- Hə, bu, belədir …  Bəs, sizin bu çox önəmli işinizin sifarişlər çantasının vəziyyəti nə yerdədir? - deyə mən yenə təkid edirəm.

- Mən bu məsələyə toxunmaq istəməzdim, - deyə bir qədər kefsiz şəkildə bildirir, - gəlin ona görə də söhbəti dəyişək.

Mən sakitcə razılaşıram. Amma bütün yol boyu, redaksiyaya gedən zaman, məni narahat edən bu sualdan ayrıla bilmirəm:  Niyə bizim sərhədlərdən çox kənarlarda tanınan Qobu unikumu bizdə, demək olar ki, bu qədər gözdən uzaq saxlanır? Gözdən uzaq şəhərin kənarında yerləşdiyinə görə  deyil, sadəcə, müvafiq qurumlar bu mərkəzin potensial imkanlarından dövlət başçısının qoyduğu vəzifələri yerinə yetirmək üçün istifadə etmək istəmirlər. Əslində, xidməti borcları onlar üçün istifadə etməyi vacib bilir.

 

 

 

 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now