© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

SALATIN ƏSKƏROVA - ŞƏHİD JURNALİSTİMİZİN 55 YAŞI TAMAM OLDU...

December 16, 2016

 

Bu gün Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür

(Hər il ANS-in Muzeyində sənin şəkilin altında bu gün gül qoyardıq... Bağışla qapılarımız bağlıdı və bu il bunu edə bilməyəcəyik...) 

Salatın Əsgərovanın adı jurnalistika peşəsini seçən hər bir qələm sahibi, söz adamı üçün nə isə deyir. Azərbaycanın ilk şəhid jurnalisti, həm də  ilk qadın şəhid jurnalisti. Milli qəhrəman. 

Bir az mübaliğə kimi anlaşılmasın, amma həqiqətən də ona qədər Salatın bizim bədii əsərlərimizin, aşıq şerimizin qəhrəmanı idi. “Sallana-sallana gələn Salatın, gəl belə sallanma, göz dəyər sənə” tipli şeirlərdə şairlərimiz Azərbaycan qadınının ümumiləşmiş obrazı olan Salatının daha çox gözəlliyini vəsf edirdi. Bu mənada düşünürəm ki, Salatın Əsgərova öz ölümü ilə Azərbaycan qadınına yanaşmanı dəyişdi. Sübut etdi ki, Azərbaycan qadını gözəl olduğu qədər də mübarizdir, qəhrəmandır, fədakardır. 

O, Qarabağda erməni gülləsinə tuş gələndə bəziləri onun ölümünü belə müzakirə edirdilər: "İxtisasın mühəndis idi, gedib mühəndisliyini eləyəydin də". Və yaxud "Qadının axı nə işi vardı cəbhədə?"

Amma Salatın Əsgərova Qarabağa getmək, orada düşmənlə üz-üzə, güllə yağışı altında işləmək cəsarətini özündə tapdı. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi dəfələrlə cəbhə bölgəsinə getdi, deməli, ölümü də göz altına aldı. Ölüm də, əlbəttə ki, onu ağuşuna almalı, necə deyərlər, su səhəngi suda sınmalıydı. Beləcə, 1991-ci ilin yanvarın 9-da Salatın Əsgərova Laçının Qaladərəsi adlanan ərazisində erməni gülləsinə tuş gəlir. 

Ölümündən sonra ona Milli Qəhrəman adı verilib. Adına küçə, kənd var. Qürur yerimiz olan məkanda - Şəhidlər Xiyabanında dəfn olunub. Yeri yəqin ki, yumşaqdır. Çünki, bu xalq qarşısında vicdanı ləkəli deyil. İndiki halda ləkəli olan yalnız onun qəbirüstü abidəsidir. Onu da dəyişmək asan bir işdir; Salatının gördüyü işlərin müqabilində çox-çox asan...

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now