© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

HEYDƏR BABA, IGID ƏMƏK ITIRMƏZ

December 8, 2016

 

12 Dekabr - Heydər Əlirza oğlu Əliyevin vəfatının il dönümüdür. Allah Ona rəhmət eləsin. Gəldi və bizi, Azərbaycan Xalqını böyük bəlalardan və itkilərdən xilas etdi, sonra gözəl və çiçəklənən Azərbaycanı bizə pay qoyub sakit getdi. Bu gün, bu Dağ boyda Azərbaycanlını minnətdar nəsil nəvazişlə Heydər baba deyə çağırır.

 

Dağın bir maraqlı xüsusiyyəti var - onu yaxından görmək və əzəmətini hiss etmək mümkün deyil. Kilometrlər, illərdən keçən çətin yollar gərəkdir ki, uzaqdan həmin Dağı görüb ona qiymət verə biləsən, lap Şəhriyar Heydər Babaya verdiyi qiymət kimi...

 

...Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.

 

Heydər Baba, igid əmək itirməz,
Ömür keçər, əfsus, belə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri...

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now