"GÜNƏŞLI" YATAĞINDA YATAN NEFTÇILƏRIMIZ...

December 3, 2016

Allah bütün həlak olan Neftçilərimizə Rəhmət eləsin. 

Azərbaycan və bütün Dünya əsirlər boyu bu Qəhramanlara öz Varı və Dövləti ilə borcludu. Azərbaycan Neftçiləri, dünyada ilk olaraq, 1862-ci ildən bu günədək dünyanın millionlarla evində çırağ yandırıblar... özlərini canları hesabına dünya inkişafına enerj veriblər. 
"Günəşli" Neft Yatağındakı Faciədən 1 il ötdü. O ağır günlər indidə gözümün qabağındadı...
GƏLİN BİRLİKDƏ O ANLARI XATIRLAYAQ:

 

ANS PRESS-in məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov SOCAR rəhbərliyinin mətbuat konfransında açıqlama verib.Onun sözlərinə görə, yanğının söndürülməsi prosesinə 5 gəmi cəlb edilib."Yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. Yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır. Platformanın üzərindən su

şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub."


***21:15***

SOCAR xilasetmə qayığının sınması məsələsinə aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, qurumun vitse-prezidenti Xalik Məmmədov bildirib ki, yanğın baş verən ərazidə işçilərin təxliyyəsi plana uyğun şəkildə həyata keçirilib.
Vitse-prezident bildirib ki, hadisə yerində 4 qayıq olub. Hər qayıq isə 42 nəfər tutur. Onun sözlərinə görə, həmin qayıqlarda işçilərin bir həftə qalması üçün bütün şərait var.
"Həmin qayıqlar heç vaxt aşa bilməz. Çünki qayıqlar yumurta qaydası ilə hazırlanıb. Sadəcə olaraq, külək qayıqları zərblə dəmir dirəklərə çırpıb. Nəticədə qayıq sınıb. Sınmasaydı neftçilərin hamısı sağ qalacaqdı"

X.Məmmədov bildirdi ki, neftçilərin xilas olunması üçün mindikləri qayığın da qalıqları aşkarlansa da təəssüf ki, hələlik heç bir neftçi tapılmayıb:
"Külək qayığı estakadanın ayağına çırpıb, qayığı sındırıb. Qayıq havada sınıb və dənizə düşüb. Ona görə də işçilər dənizə düşüb. Qayıqlarla bağlı heç bir problem olmayıb. Külək 1 -2 saat əssə idi insanları xilas etmək olardı. Amma külək 27 saat davam edib".

 

***20:24***

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın başladığı zaman 63 nəfər olub. Hazırda onlardan 29 nəfər itkin düşmüş hesab edilir.
ANS PRESS-in məlumatına görə, bu haqda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat-konfransında deyib.
"Dekabrın 4-ü küləyin və dalğaların gücünə davam gətirməyən qaz borusu partlayıb. Bu adi qaz borusu olub, quyulara aidiyyatı yox idi. İşıqlar sönüb, qaranlıq düşüb. İnsanlar özlərini itirsələr də təlimata uyğun olaraq öz işlərini görüblər. Yəni qayıqlardan istifadə edib xilas olunmağa çalışıblar"

"Saat 22:30 radələrində qayıqlardan biri qırılaraq düşüb dənizə. Qayıqda olan insanlardan sadəcə 3-ü xilas edilib, digərlərinin axtarışları aparılır. Hazırda əsas vəzifə itkin düşənləri tapmaq və yanğını söndürməkdir." - deyə Xoşbəxt Yusifzadə bildirib.

 

 

"Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın hadisəsi dünya mətbuatının da gündəminə düşüb. "Reuters" faciə ilə bağlı məqaləni manşetə çıxarıb. Dünyanın ən aparıcı xəbər agentliklərindən olan "Reuters" yazıb ki, yanğın nəticəsində 32 nəfər ölüb, daha 42 nəfər isə xilas edilib. 
Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. "Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub". 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 10-cu platformada yanğın nəticəsində xilas edilənlərin sayı artıb. Artıq 32 nəfər xilas edilib. 
Bütün xilas olunanlar Neftçilər xəstəxanasına yerləşdiriliblər. 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now