25 İL - ANS-in TAİXİ, TARİXİN ANS-i

November 26, 2016

 

Bu gün, 26 Noyabr, ANS-in Ad Günüdü! 25 yaşımız Mübarək! :-)
Bu münasibətlə 1991-ci ildən bu günə qədər daim Azərbaycan və Azərbaycançılıq naminə Çalışan, Vuruşan və Şəhid olan ANS-çiləri təbrik edirəm. Seyfulla, Mir Şahin və mən fəxr edirik ki, bu yolu Szinlə çiyin çiyinə keçdik və hələ nəqədər yollar keçəcəyik! Vətən sağ olsun! Allah Amanında!

Bu gun ANS ünvanına 10 monlərlə təbriklər gəlib. Onlardan bir neçəsini, maraqlı statusları sizlə paylaşıram:

EmAy MI ANS tekce televiziya kanali yox, hem de peshekar jurnalistler yetishdiren bir mekteb idi.....hansi ki, bu gun onlarin peshekarligindan hakimiyyetin muxtelif strukturlarinda istifade edilir...deqiq, qerezsiz, vicdanli !!!........

 

Elsen Agayev ANS doqrudanda Azerbaycan efirinde öz sözunu demiş kanaldir odun alovun icinden kecib ANS bu kanal hele ilk başlanqicdan qülle yaqişinin altinda mehz Cinqizin sayesinde ondan sonra Vahidin Mirşahinin şucaeti neticesinde indide arxivlerde toplanan Qarabaq heqiqetleri var tebrikler olsun Şehid Cinqizimizi Allah rehmet elesin biz inaniriq vaxt qelecek bu eziyyetler heder qetmeyecek ANS efir mekanina qayidacaq cunki ANS böyuk bir mektebdir

 

Reydanə Əliyeva Mən təbrik etmirəm, təbrik edəcəyim günü gözləyirəm! Ancaq Siz ANS-çilərə hər gün hər saat hər an cansağlığı, mərdimazar dəf etməyi , xəta bəladan uzaq olmağı, şərdən böhtandan sığortalanmağı arzu edirəm.Mən bilirsiz SİZLƏRİ nə vaxt təbrik edəcəm-100-lərlə ailənin gözünü dikdiyi aylıq maaşlarınızı yenə inşaallah bir komandada , bir heyətin rəhbərliyi altında alan zaman...Allah SİZƏ kömək olsun! Dediklərimə çatmanız üçün çox az zaman xərcləyərsiniz inşaallah! Amin!

 

Sara Axund: Təbrik edirəm!!!! Efirdə olmasanız da mənim beynimdə və qəlbimdəsimiz. ANS-i doğulduğu gündən tanıyıram və həmişə izləmişəm. Bəlkə çoxları unudub mən o qorxulu zəlzələni xatırlayıram və kimin evində əl radiosu var idi əlində küçələrdə ancaq sizi dinləyirdi ki düz və canlı məlumat alsın. Bu sizin ömrü boyu yaratdığınız xəbər selinin balaca bir qoludur. Amma mənim üçün əhəmiyyəti böyükdür. Həmişə var olun. Çünki şəxsən mən və mənim kimi neçə adam tanıyıram ki yerli xəbərləri sizdən alırdıq heç sosial şəbəkələri izləməyə nə vaxtımız nə də marağımız var idi. Amma indi məcbur olub sos.şəbəkələrə üz tutmuşuq orda da xəbər çox hansı düz hansı yanlış bəzən seçmək də olmur. Onlar ziyandadılar siz isə xalqı qazandınız.

 

Vader Refiyev Seviyeli namuslu, deqiq ve aperatif xeberleri - ile tarixde yasiyacaq, ANS-in Adgunu munasibeti ile tebrik edirem. Arzu edirem 2017-ci ilde ANS yene efirlerde olsun. ve Ans-se qarsi dusmen movqede olan tevelerle mubarize aparib onlarin nece aciz olmaqlarin subut elesin. Amin.

 

Shikar İsmayilov ANS kanalını bağlasalar da ANS heç vaxt tarixdən silinə bilməz. Çünki ANS fondunda toplanan materialla Azərbaycanın ən yeni tarixinin arxividir. O olmasa azərbaycanın ən yeni tarixi silinmiş olar. Adi bir misal bütün dünyaya göstərilən " xocalı soyqırımı" faciəsində istifadə olunan bütün fotoşəkillər məhz ANS dən əldə edilib. Yəni ki kimliyindən asılı olmayaraq nə qədər Azərbaycan olacaqsa o qədər də ANS olacaq...

 

Али Иманханлы unutmayaq ki, bizlerden coxumuz mubariz olmagi Cingizden, ANS-den öyrenmishik. indi bezi "agildan bela"olanlarimiz 25 illik bu mubarize yolunda hansisa sehvleri tapib(yeqin ki hec kim sehv etmekden sigortalanmayib fikri yerine dusher) ellerinde bayraq etmekle növbeti defe Azerbaycana mexsus gücü-ANS-i gözden salmaga cehd edirler. ve bütün bu qarayaxmalar novbeti defe planli shekilde bash vermekdedir.amma yaddan cixarmayaq ki, ANS bizimdir ve ANS eslinde ele biz özümûzük. ANS-inde bizim kimi hec bir havadari yoxdur, bizim kimi o da Qarabag deye hayqirir,bizim kimi onun da dushmeni ermenidir!!! bezileri kimi ne ermeni ile qohumlugu yoxdu, ne de ermeni ve rus sengerinde dostu-yoldashi , ishbirliyinde olma ehtimali bele yoxdur!!! eziz ANS-ciler,eziz Cingiz davamcilari ! Sizleri tebrik edirem! 

 

Nicat Ferzeli Nece bele bayramlara .... unutmadiq unutmariq ANS xalqin kalani , xeber unvani, durus, vijdanli, ...... bele bir deyim var eger sen yaxsisansa demeli seni istemeyen coxdu ... siz ANS olaraq bu gun qara siyahidasiz .. lakin tarix subut edibki pis insanlarin vijdansizlarin qara siyahisinda olanlar eslinde yaxsi insanlardi ... sizi ne qeder qaralasalarda sanli ANS adina leke sala bilmediler bilmiyeceklerde tam tersi daha ucaldi .. her baglananda yeni tarix yazir ANS ... daima ureklerdesiz ... sizler ANS ciler olaraq canli efsanesiz tarixin ozusuz istenilen tarix kitablarindan kinolarindan daha cox tarixin ozusuz . Siz yox elemeye calisan ele oz kecmis ve indiki tarixini silmeye cakisanlardi .. buna gorede ANS baglanma qerari veren hakimi qetiyetli qiniyir Azerbaycanli olmasini suba altina aliram .. ve basda Vahid Mustafayev Mirsahin olmaqla haminizin bayraminiz munasibeti Ile tebrik edir qarsibizda bas eyirem ...

 

Елнур Абдулсой ANS Tarix ,Tarix ANS. Çox çetindir heqiqeten bele bir tarixe sahib bir televiziyanın bu gün efirsiz ad gününü qeyd etmek. 25 illik bir tarixi silmek olarmı? Problemi olan her kesin ümidi olan ANS indi yada düşdümü göresen? ANS-e sahib çıxmamaqla biz çox şeyi itirdik. Hanı ilin adamları ,hanı ANS deyib ANS eşidənlər. Eşidirsiz bizi göresen? ANS yenidən qayıdacaq efirlərə inşallah. Biz ise hər dəfə ANS baxanda utanacağıq ona destek olmadığımıza görə. Haqq-ədalət topaldır amma gecde olsa menziline çatar. Şəxsi qərəzlik üzündən baş verən hadisələr haqsızın məhv olmasıyla başa çatacaq .Qalmaz belə, qalmaz dünya. Bütün ANS sevenleri tebrik edirem !

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now