TARİXİ HADİSƏLƏR: AZƏRBAYCANIN MILLI DEMOKRATIK HƏRƏKATINA QARŞI SOVET HƏRBI BIRLƏŞMƏLƏRININ HÜCUMU

November 13, 2016

SSRİ-də 1985-ci ildə elan edilmiş Aşkarlıq və Yenidənqurma (Qlastnost və Perestroyka)dövrü başlanmışdı. SSRİ-də yaşayan xalqlar öz müqəddaratını müəyyən etmək məqsədi ilə müstəqil yaşamaq üçün Mərkəzdən ayırılıb Baxımsız Respublika yaradmaq istəyillər. Azərbaycan bu hərəkata başçılıq edir və SSRİ-də gedən müstəqillik uğrunda savaşa birinci başlayır. Amma Azərbaycanla birlikdə bu hərkatlara Ermənistanda qoşulur. Lakin digər Respublikalardan fərqli olaraq Ermənistan nəinki öz müqəddaratını, həmçinin Qarabağ mahalında yaşayan Erməni icmasını Separatçı hərəkətə və Azərbaycandan ayırılmağa təhrik edir. O vaxtlar SSRİ Prezidenti Mixayıl Qorbaçov və Azərbaycan SSR-nın Komunist Partiyasının Birinci Katibi Əbdülrəhman Vəzirov idi.
 

26 Fevral, 1988
Sumqayıt

Şəhərdə Ermənilərlə Azərbaycanlılar arasında iri miqyaslı toqquşmalar baş Verdi. Toqquşmaların geoqrafiası geniş olduğundan, yerli hakimiyyət və milis bölmələri hadisələri uzun müddət nəzarətdə saxlaya bilmirdi. Nəticədə ölən və yaralananlar oldu… Bir neçə adam həbs edildi.
 

17 Noyabr, 1988
Bakı Şəhəri, Lenin Meydanı

Ermənilərin Qarabağ ərazisində separatist hərəkatının qarşısının alınması və Şuşa ətrafı Topxana meşələrində Ermənilər tərəfindən qədimi ağacların kəsilməsinin qarşısını almaq məqsədi  və bəhanəsi ilə Bakı şəhəri, Lenin Meydanında bir sıra activist, Leytenant Şmidt adına Zavod və digər meüəssisələrin əməkdaşları, habelə ziyalıların təşkil etdiyi Mitinq başladı.  Mitinq oturaq formatda idi və 18 gün davam etdi.


5 Dekabr, 1988
Bakı Şəhəri, Lenin Meydanı

Mitinq dağıdıldı. Kütləvi həbslər başladı və Komendant saatı - Xüsusi Vəziyyət Rejimi Bakıda elan olundu. Vətəndaşlar yalnız səhər saat 5:00-dan axşam saat 11:00-dək küçəyə çıxa bilərdilər.


16 İyul, 1989
Bakı Şəhəri, 3 Mikrarayon, Şadlıq Evi

Xalq Cəbhəsinin Təsis Konfransı.
1. Əbülfəz Əliyev (Sədr)
2. Etibar Məmmədov
3. Rəhim Qazıyev
4. Zərdüşt Əlizadə
5. Leyla Yunusova
6. Sabit Bağırov
7. Hikmət Hacızadə
8. İsa Qəmbərov
9. Canbaxış Umudov
10. Neymət Pənahov
11.Nəcəf Nəcəfov
12. Əlikram Hümbətov
13. Sülətdin Əkbərov
14. Yusif Səmədoğlu
15. Tofig Qasımov.

 

29 İyul, 1989
Bakı Şəhəri, Leytenant Şmidt adına Zavod - Lenin Meydanı

Komendant Saatı Rejiminə baxmayaraq, Sirus Zindadel (Təbrizli), Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov Yürüş Mitinq təşkil təşkil etdilər. Lakin Xalq Cəbhəsinin İdarə Heyyəti bu Mitinqin əleyhinə idi və təşkilatçıları Radikallıqda təqsirləndirirdilər və Mitinqin baş tutmasına qəti inanmırdılar. Yürüş Leytenant Şmidt Zavodundan Lenin meydanına hərəkət edir ve orada Xüsusi Vəziyyət Rejimin ləğvi tələbi ilə Miting başlanır. Mitinqlərin baş tutmasını görən Xalq Cəbhəsinin İdarə Heyyəti ona qatılmağı qərar verir. Mitinq fasiləli idi və hər həftə sonu davam edirdi.
 

17 Avqust, 1989

Bakı Şəhəri, əksər Zavod və Fabriklər

Mitinqlər Azərbaycan Siyasi rəhbərliyini Komendant Saatını ləğv etməyə məcburt edə bilmirdi. Belə olan təqdirdə Xüsusi Vəziyyət Rejimin ləğvi məqsədi ilə Bakının və bir sıra digər şəhərlərin iri Zavod və FabriklərindəTətillər başladı. Və bu təzyiqlər nəticəsində Respublika Parlamenti qarşısında Azərbaycanın dövlət suverenliyi Haqqında Konstitusiya Qanunu qəbul edilməsi məsələsi tələb edildi. Azərbaycanın dövlət suverenliyi Haqqında Konstitusiya Qanunu qəbul edilsə idi – yenidən parlament seçkiləri keçirilməli idi. Xalq Cəbhəsinin o dövrdə azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənməsini nəzərə alsaq və yeni seçilən Parlamentin ən azı 70% demokratik qüvvələrin təşkil edəcəyini güman etmək olardı. Belə olan təqdirdə, hələ 1989-cu ildə İnqilabsız, savaşsız, qansız,  Azərbaycan tam şəkildə Müstəqil və Demokratik Dövlət formalaşdıra bilərdi. Bu isə öz növbəsində Azərbaycanda o dövrdə olan siyasi mədəniyyət və savaddan bəhs edirdi.
 

4 Sentyabr, 1989
Azərbaycan Respublikası

Parlament çoxluğu, Respublika rəhbərliyinin təzyiqi altında Azərbaycanın dövlət suverenliyi Haqqında Konstitusiya Qanunu qəbul etməkdən imtina edir və bu səbəbdən local şəkildə davam edən Tətillər Ümumrespublika miqyası alır və 4 Sentyabrda Tətilə Bütün Nəqliyyat işçiləridə qoşulur. Artıq Respublika hökümət tərəfindən iflic vəziyyətə, Xalq Cəbhəsi tərəfindən isə tam nəzarət altına düşür. 
 

15 Sentyabr, 1989
Bakı, Ali Sovet (Parlament)

Xalq Hərəkatının təzyiqi altında Ali Sovet Azərbaycanın dövlət suverenliyi Haqqında Konstitusiya Qanunu müzakirəyə qoyuldu və 23 Sentyabrda Azərbaycan Suveren Respublika kimi elan olundu. Bu addımın bir dənədə çox vacib məqsədi vardı – Sovet Sosialist Respublikalar İttifaqından çıxmaq və Müstəqil Dövlət olmaq. Çox təəsüf olsun ki, o vaxtlar Azərbaycana rəhbərlik edən establishment bu tarixi imkanı dərk etmir və xalqın müstəqillik uğrunda apardığı mübarizənə dəstəkləmək əvəzinə Moskvadan gələn əmrləri yerinə yetirərək SSRİ-nin xeyrinə həll etmək cəhdlərini davam edir.
 

25 Noyabr, 1989
Bakı, Lenin Meydanı

Xalq Cəbhəsi Lenin Meydanında Mitinqlərə yenidən start verdi. Bu mitinqdə ilk dəfə SSRİ-dən çıxmaq haqqında niyyət səsləndi. Mitinqdə habelə Ali Sovetin Seçkilərində Xalq Cəbhəsinin üzvlərinin və bütün demokratik qüvvələrin iştirak etməsi gündəmə gətirildi və beləliklə qanuni yolla Azərbaycanın Müstəqillik qazanılması məsələsi ali məqsəd kimi qəbul olundu.
Buna nail olmaq üçün Ali Sovetin Dekabr Sessiyasında artıq Suveren Azebbaycanın yeni Parlamentinin Seçkileri haqqında qanun qəbul olmalı idi və 3 ay sonra seçkilər keçirilməli idi. Lakin bu seçkilərə bütün demokratik qüvvələr bir təşkilat altındas getmək istəmirdilər və artıq Xalq Cəbhəsində bir növ parçalanma müşahidə olunurdu. Əsas fikir ayrılığı Azərbaycanın Müstəqilliy qazanılmasına fərqli baxışlar idi…

 

9 Dekabr, 1989
Bakı, Opera Tetrı

Dekabrın əvvəlində, Xalq Cəbhəsinin İdarə Heyyətində fikir ayrılığı dahada dərinləşdi və iki əsas düşərgəyə parçalandı:

1. “Azərbnaycan öncə Demokratlaşmalı və yalnız ondan sonra Azad olmalıdır” – deyən LİBERALLAR: Zərduşt Əlizadə, Leyla Yunusova, Əlikram Hümbətov, Canbaxış Umudov

2. "Azərbaycan öncə Azad və Müstəqil ölkə olmalıdır və bundan sonra Demokratik islahatlara başlamalıdır" – deyən – RADİKALLAR: Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov

Mövcud fikir ayrılıqlarını həll etmək üçün Xalq Cəbhəsinin Yeni Konfransın keçirilməsinə  hazırlaşmağa başlayır və bunun üçün İdarə Heyyətinin Fövqəladə Toplantısını Keçirir.
Yeni Konfransı Keçirtmək üçün Təşkilat Qrupu yaradılır: Əbülfəz Əliyev - Sədr, Etibar Məmmədov, Rəhim Qazıyev, Hikmət Hacızadə, və Nəcəf Nəcəfov.
Elə həmin toplantıda yeni yaranmış Sosial-Demokratlar Qrupu Zərduşt Əlizadə, Leyla Yunusova, Əlikram Hümbətov, Canbaxış Umudov özlərinin müstəqil partiyasını yaratmaq məqsədi ilə Xalq Cəbhəsini tərk edir.


23 Dekabr, 1989
Cəlilabad, İcra Hakimiyyətinin Qarşısı

Xalq Cəbhəsi tərəfindən keçirilən mitinq Cəlilabad İcra Hakimiyyəti tərəfindən dağıdılır. Mitinq iştirakçılarına milis tərəfindən hücum olur, qarşıdurma nəticəsində ölən və yaralanlar var.


28 Dekabr, 1989
Bakı, Ali Sovet (Parlament)

Əsas müzakirə mövzusu Cəlilabadda baş verən qarşıdurma olur. Hökümət Cəlilabad hadisələrinin araşdırılması bahanəsi ilə Xüsusi Komissiya təşkil etdi və Ali Sovetin Sessiyasını dayandırır. Məqsəd Seçki Haqqında Qanun qəbul olunmasın və 3 aydan sonra baş verəcək Ali Sovetin Seçkilərində Xalq Cəbhəsi çoxluq təşkil edərək Respublikada hakimiyyəti əlinə ala bilməsin.
Buna qarşı olan Xalq Cəbhəsi yenidən mitinqlərə start verir, və Hökümətdən tələb edir ki Ali Sovetin Sessiyasının fəaliyyətini davam etdirsin.
Bundan əlavəelan həmən mitinqdə 31 Dekabrda Azərbaycanla İran arasında olan sərhədlərin sökülməsi aksiyası başlanacaq!
Bu məlumatlar Azərbaycan Rəhbərliyi və SSRİ Komunist Partiyasının Mərkəzi Komitəsini ciddi şəkildə narahat etdi və hər bir yolla Xalq Cəbhəsi təşkilatını dağıtmaq üçün KQB-nin (Dövlət Təhlükəsizliyi Komitəsi) Mərkəzi aparatına xüsusi Planlar həyata keçirmək üçün göstərişlər verildi.

 

7 Yanvar, 1990
Bakı, Xalq Cəbhəsi

Respublika rəhbərliyinin nümayəndələri ilə bir neçə görüşlər keçirəndən sonra Nemət Pənahov Xalq Cəbhəsindən çıxmaq və bəzi hökümət məmurlarının təsiri altında müstəqil siyasət aparmaq qərarını verdi. Nemət Pənahovu dəstəkləyən digər funksionerlərdə onunla birlikdə Xalq Cəbhəsini tərk etdi.
 

8 Yanvar, 1990
Bakı, Elmlər Akademiyası

Xalq Cəbhəsinin 2-ci Konfransı keçirildi və son aylarda təşkilatı tərk edənlər ciddi tənqid olundu. Eyni zamanda yeni idarə Heyyəti seçildi:
1. Əbülfəz Əliyev (Sədr)
2. Etibar Məmmədov
3. Rəhim Qazıyev
4. Dilarə Əliyeva
5. Pənah Hüseynov
6. Sabit Bağırov
7. Hikmət Hacızadə
8. İsa Qəmbərov
9. Firuddin Səməndərov
10. Sabir Rüstəmxanlı
11. Nəcəf Nəcəfov
12. Hacı Əlikram
13. Sülətdin Əkbərov
14. Yusif Səmədoğlu
15. Tofig Qasımov


9 Yanvar, 1990
Bakı, Daxili İşlər Nazirliyi

SSRİ DİN Naziri müavini Lisauskas, Azərbaycan DİN Naziri Aydın Məmmədov, Xalq Cəbhəsinin İdarə Heyyətinin Sədri Etibar Məmmədov, Mərkəzi Komitədən Məhəmməd Əsədov Bakıdakı vəziyyətlə əlaqədar xüsusi toplantı keçirtdilər. Moskvadan gələn qonağ Toplantı boyu Bakının erməni əhalisini gözləyən böyük təhlükələrdən danışırdı. Cənab Lisauskas Bakıda Sumqayıt hadisələrinin təkrar olunmaması üçün tədbirlər planını hazırlamaq üçün gəldiyini səsləndirdi.
Vəziyyətin doğrudanda ciddi olduğunu vurğulayan və Bakıda artıq reallaşmaqda olan Erməni qırğınlarının qarşısını almaq məqsədi ilə, Etibar Məmmədov, birgə Milis və Xalq Cəbhəsi nümayəndələrinin patrul xidmətlərinin yaranması təklif etdi. Xatırladaq ki, o zamanlar Xalq Cəbhəsinin nüfuzu Hökümət məmurlarının nüfuzundan artıq idi və belə Patrullar həqiqətən vəziyyəti nəzarətdə saxlaya bilərdi.
Lakin Moskvadan gələn rəhbər vəzifəli şəxs bu təklifi rədd etdi və ğzlərinin planları ilə işləməyə əmr Verdi. Bu planın nə olduğunu biz yalnız cənab Liskauskasın Daxili İşlər Nazirliyində, 12 Yanvar, 1990-ci ildə keçirdiyi məxvi toplantıda biləcəyik.

 

12 Yanvar, 1990
Bakı, Daxili İşlər Nazirlıyı

Ermənistanda Azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqqında məlumatlar daxil olduqca, Bakıda yaşayan erməni əhalisi vəziyyətin qeyri stabil olduğunu anlayaraq, şəhəri tərk etməyə başlayıllar. Bu zaman Azərbaycan DİN binasında başda SSRİ Daxili İşlər Nazirinin müavini Lisauskas olmaqla məxvi toplantı keçirilir. Həmən toplantıda cənab Lisauskas sabahdan, yəni 13 Yanvardan Bakı şəhərində nə baş verməsinə baxmayaraq, hadisələrə Milis nəfərlərinin müdaxiləsini qadağan edir və ümumi Milis şəxsi heyyətinin tərkisilah olunması əmrini verir. O bunu SSRİ-də gedən Demokratik Proseslərin tərkib hissəsi kimi elan edir və sabaha elan edilmiş Xalq Cəbhəsinin mitinqinə Müdaxilə etməmək məqsədi ilə etdiyini deyir.
 

13 Yanvar, 1990
Bakı şəhəri

Bu gün Ali Sovetin Sessiyalarının bərpası tələbi ilə Xalq Cəbhəsi Lenin Meydanında yeni Mitinq təşkil edir. Həmən mitinqdə Qarabağda Erməni silahlı qüvvələrinin yaradılması və Azərbaycanlılara qarşı təmizləmə əməliyyatlarının hazırlanması haqda çıxışlar səslənir. Və qərara alınır ki, Ermənistanla sərhəd rayonlarında və Qarabağda hücumlara məruz qalan Azərbaycan vətəndaşlarının müdafiyəsini təşkil etmək üçün Milli Müdafiyə Şurası yaradılsın.
Mitinqin sonunda, mitinqçilər qarşısında çıxış etməyə nail olan tanınmamış bir şəxs tərəfindən Bakının Bail qəsəbəsində Ermənilər tərəfindən öldürülmüş azərbaycanlı haqqında məlumat yayılır. Eyni zamanda nəməlum şəxslər tərəfindən mitinq iştirakçıları arasında Bakının erməni əhalisinin yaşadığı ünvanlar siyahıları paylanmağa başlandı. Yığışanlar son dərəcədə hiddətlənir və mitinq təşkilatçılarının - "Provokasiyalara uymayın, Bu KGB-nin əməliyyat tərkibidir" kimi çağırılışları artıq diqqətsiz qalır və qəzəblənmiş kütlə müxtəlif istiqamətlərdə dağılmağa başlayır.

 

15 yanvar, 1990
Bakı şəhəri

Bakıda Azərbaycanlılarla Ermənilər arasında qarşıdurmalar pik nöqtəsinə çatır. Ölən və yaralananlar var. Lakin axşama yaxın könüllülər və Xalq Cəbhəsinin briqadalarının sayəsində vəziyyət nəzarət altına alınır. Bakını tərk etmək istəyən Erməni vətəndaşları Gəmilərlə Həştərxan və Krasnovodsk istiqamətində yola salınır. Bu hadisələr zamanı milis və daxili qoşunlar dəstələri müşayidəçi mövqeyi tutur və prosesə qarışmıllar. Onlara Kazarma və Məntəqələrdən çıxmamaq əmri verilmişdir.
 

16 Yanvar, 1990
Bakı ətrafı

Zakafkaziya, Moskva, Leningrad, Tamansk və s. Ordu və Ağır texnika hissələri Bakıya cəmləşməyə başladı SSRİ Ali Hərbi Rəhbərliyinin Nümayəndə Heyyəti Azərbaycana Gəldi:
1.Yazov (SSRİ Müdafiyə Naziri)
2.Bakatin (SSRİ Daxili İşlər Naziri) və s.
Bu vəzifəli şəxslərin Azərbaycana gəlməsinin əsas məqsədi – Respublikada gedən müstəqillik və demokratik hərəkatlarının qarşısını almaq və əməliyyatlara yerində rəhbərlik etmək.

Müdafiyə Şurası, başda qurumun rəhbəri Etibar Məmmədov olmaqla, bütün Bakıya giriş istiqamətlərini nəzarətə götürmək məqsədi ilə könüllülərdən barikadalar təşkil olunmasının əmrini verdi. Vətəndaşlar öz şəxsi avtomobillərindən təbii çəpərlər yardmaları nəticəsində Ağır texnika və canlı qüvvənin Bakıya daxil olunmasının qarşısını alınır. Bakıya girişlərdə növbəli postlar qurulur və “sifarişli taksi” xidmətinin ratsiyalari vasitəsi ilə mərkəzi Müdafiyə Şurası olmaqla çevik əməliyyat şəbəkəsi yaradıldı.

 

17 Yanvar, 1990
Bakı, Mərkəzi Komitənin binası

Bakıda olan SSRİ Ali Hərbi Rəhbərliyinin Nümayəndələri ilə Xalq Cəbhəsinin liderlərinin görüşü baş tutur. SSRİ Ali Rəhbərliyinin Nümayəndələri  bu görüşdə Bakıdakı vəziyyətin sabitləşməsini, Xalq Cəbhəsi isə Bakıda Fövqaladə Vəziyyətin Elan olunmamasını və şəhərə ordunun daxil olmasının qarşısını almaq və artıq Bakı ətrafında toplaşanları geri qaytarılmasını tələb edirdilər. Bu ilk görüş idi ki, orada artıq Vəzirov (Azərbaycan Kommunist Partiyasının Birinci Katibi) yox idi və onu toplantıda Ayaz Mütəllibov (Azərbaycan Nazirlər Sovetinin Sədri) əvəz edirdi. Bu toplantıda SSRİ Ali Rəhbərliyinin Nümayəndələri söz verdilər ki, Fövqaladə Vəziyyət Bakıda elan olunmayacaq.

Cənab Mixaylov (SSRİ Mərkəzi Komitəsinin Katıbi) və Əfran Daşdamirov (Azərbaycan Mərkəzi Komitəsinin Katıbi) AzTV vasitəsi ilə xalqa müraciət edib söz verdilər ki, qoşunların müdaxıləsi olmayacaq. Lakin buna inanmayan Xalq Cəbhəsi və Müdafiyyə Şurasının rəhbərliyi Mərkəzi Komitənin qarşısında fasiləsiz Mitinqə start verdilər. Mitinqin əsas tələbləri - Vəzirovun İstefası və Bakıda Fövqaladə Rejim Elan edilməməsidir. Lakin artıq Moskvadan gələn xüsusi xidmətlər təmsilçiləri, Azərbaycanda olan cəsusları və xüsusi hazırlanmış şəxslər vasitəsi ilə dinc mitinqə müxtəlif növ rənglər qatırdılar. Beləki, çıxış edənlərin bəziləri Cihada çağırışlar səsləndirirdilər ki, mitinglərə İslam rəngi verilsin, digərləri isə Mitinqə dar ağacı manikeni gətirilmişdir ki, ekstremist rəngi verilsin və s.


18 Yanvar, 1990
Bakı, Mərkəzi Komitənin binası qarşısı

Xüsusi hazırlanmış insanların vasitəsi ilə provokasiyalar alınmadığı halda, bu vəzifəni daha yüksək rütbəli şəxslər həyata keçirməyə başlayıllar. Beləki, Xalq Cəbhəsinin rəhbərliyinin  nümayəndələrinin təkidlərinə baxmayaraq SSRİ Kommunist Partiyasının Politbürosunun üzvü Evgeniy Primakov mitinqçilərin qarşısına çıxır və provokasiya nəticəsində xüsusi hazırlanmış insanlar tərəfindən ona qarşı hücum cəhdi baş verir. Bu hadisə təcili sürətdə Moskvaya, Prezident Mixail Qorbaşova çatdırılır.
Əsas məqsəd SSRİ Ali Rəhbərliyinə Bakıda vəziyyətin tam şəkildə nəzarətdən çıxması təhlükəsinin olması haqqında məlumatlar sızdırmaq idi və bunun nəticəsində Bakıda və ümumiyyətlə Azərbaycanda Fövqaladə Vəziyyətin elan olunması və şəhərə ağır texnika və qoşunların yeridilməsi idi.

 

19 Yanvar, 1990
Bakı, Azərbaycan Dövlət Televiziyası

Müdafiyə Şurasının üzvü Etibar Məmmədov AzTV Rəhbəri olan Elşad Quliyevə müraciət edir və tələb edir ki, ona, xalqa müraciət üçün təcili vaxt ayırılsın.
Etibar Məmmədov qoşunların müxtəlif səviyyələrdə olan vədlərə baxmayaraq şəhərə daxil olmasını tam anlayaraq və itkilərin qarşısını almaq məqsədi ilə xalqa müraciət etmək istəyir ki, barikadalarda olan könüllülər Şəhərin mərkəzinə çəkilsinlər və hamılıqla Lenin Meydanına (Azadlıq meydanı – müəllif) yığışsınlar. Onun fikirincə əhali toplam şəkildə meydanda olsa onlara qarşı atəş açmağa heç kimin cürəti çatmaz.
Elşad Quliyev yayım imkanlarının verilməsi haqda onun Mərkəzi Komitə ilə müzakirə etməsini səsləndirir və buna cavab olaraq Etibar Məmmədov: “İcazə verməsələr, mən bunu güclə edəcəm deyir!” BU məlumat tezliklə Azərbaycan SSRi Kommunist Partiyasının Mərkəzi Komitəsinə çatan kimi, MNoskvadan gələn yüksək rütbəli vəzifəli şəxslər AZTV-ni sıradan çıxarmaq qərarını verirlər və KQB-nin Alfa qrupu və AZTV-nin bəzi əməkdaşları vasitəsi ilə Televiziyanın əsas və yardımçı Enerqo-Bloku partladılır. AzTV tamamilə sıradan çıxır və onun bərpası müddəti qeyri müəyyən müddətə uzanır. Azərbaycan ərazisində TV yayım dyanır. Süküt başlayır. 

 

19-20 Yanvar, 1990
Bakı ətrafı

Saat 00:00-dan bütün istiqamətlərdən Bakıya hücum başladı…

Tags:

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now