BALANS - AZƏRBAYCANIN MİLLİ ANİMASİYA STUDİYASI
Bu gün artıq 4 aydır ki, ANS-in lisenziyası zəbt edilib və biz yayıma çıxıb Dəqiq, Obyektiv və Vicdanlı Xəbərlərimizlə Sizi - bizim əziz Azərbaycanımızı, Radio və TV izləyicilərimizi məlumatlandıra bilmirik... Hamımız bir nəfər kimi Pozitiv Qərarı gözləyirik... İn şa Allah! Lakin bu 4 ay biz vaxtımızı boşuna itirmirdik, işləyirdik - 25 il olduğu kimi yenədə Vətənə, doğma Azərbaycanımıza qulluq edirik!
Yaratdığımız "BALANS" Milli Animasiya Studiyasında müxtəlif yaş kateqoriyalı balalarımız üçün bir neçə maraqlı Cizqi Filmləri hazırlamışıq! :-) Hazır İşlərimizlə bir azdan BALANS.TUBE youtube kanalında tanış ola bilərsiz. İndi isə aşağıdakı linkə daxil olub bizim iş prosesimizlə yaxından tanış ola bilərsiz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm...