HELLO FROM THE OTHERSİDE... ÇİNGİZ, GƏLİRİK ARXANCA!

August 29, 2016

Bu gün Qardaşımız Çingiz Mustafayevin 56-cı Payızı başlayır! Uzun Yol keçdi Çingiz - 32 ilini Canlı, qalanını Cansız, amma yenədə qulluğumuzdadı. 32 ilik Zamanını çox tez Xərclədi, biz isə onun Zamanını hələdə Xərcləyirik və hələ uzun Zaman Xərcləyəcəyik...

 

Bütün bu çətin yolu Hаqqı hər yеrdə Nahaqqdan üstün tutdu, həttа Nahaqq Xеyrinə, Hаqq isə Zərərinə оlsа bеlə.
Bu yol onu Varli etdi - Bədbəxtlər kimi Maliyyətlə yox, Xoşbəxtlər kimi Mənəviyyətlə!
O, bizim Cəmiyyətimizi dəyişmək istəyirdi və... özündən başladı!
Birdən qeyb oldu, amma toz yox - Kül oldu! Etdiklərinin hamısını Xalqına qoyub getdi, özünə isə, bizim hamımız üçün hazırlanmış kəfəni götürdü... o vaxtlar hələ ağ, təmiz kəfəni... 
32 il bizmlə oldu, amma Anasından başqa kimsə onun əsl Qədrini bilmədi... Anasıda rəhmətə getdi keçən il - indi kim biləcək onun Qədrini...
Ad günün Mübarək Qardaş!

Tags:

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now