© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

Vahid MUSTAFA YEV

Həyat hekayəsi...
 

VAHİD MUSTAFA YEV 1968-ci il, senytabrın 4-də hərbiçi, SSRİ Məxvi Raket Hərbi Hissəsinin Komandiri Fuad Seyfulla oğlu Mustafayevin və onun həyat yoldaşı Naxışqız Şırəli qızı Mustafayevanın ailəsində anadan olub.

O, Qafqazda ilk müstəqil televiziya təsis edəndə 22 yaşı vardı.  Həmin televiziya indi bütün ölkəni əhatə edən ANS Şirkətlər Qrupuna çevrildi.

 

Bu gün ANS təkcə Milli Televiziya olmaqla qalmır, buraya həm də ANS PRESS informasiya agentliyi, bütün Azərbaycanı əhatə edən ANS ÇM Radio, Nəşriyyat Evi, Kinostudiya, Media Satış Evi, Reklam Agentilikləri və s. daxildir və bu şirkətlər qrupu Avropa və Amerikanın aparıcı media və kino istehsalı şirkətləri ilə uğurla əməkdaşlıq edir.

 

1988-ci VAHİD MUSTAFA YEV karyerasını Müxbir kimi başladı və hələ Sovet Azərbaycanının Demokratik Hərəkatının ilk günlərində artıq gənc nəşrçi kimi ilk GizliNəşr (Samİzdat) adlanan «Rokoko» əldə nüsxələnmiş aylıq dərgi istehsal etməyə başladı.

1989-cu ildə İnşaat Mühəndislər Universitetinə daxil olması ona həmən nəşri tələbələr arasında yaymağa və tələbə jurnalist birliyi yaratmağa və bununla həmən nəşrin yeni fikirli müxbirlərinin sayını artırmağa ona yardım etdi.  VAHİD MUSTAFA YEV adı çəkilən Universitetin Magistri oldu və Fəxri məzunu adına layıq görüldü. 

1990-ci ilin əvvəllərində ilk müstəqil qazet olan «Azərbaycan» qazetinin əməkdaşı olaraq Gənclər Bürosunu yaradıb, ona rəhbərlik edib və «Azərbaycan» qəzeti nəznində «Kor Oğlu Kəşfiyyatı» qəzetini və eyni zamanda qəzetin Video Buraxılışlarını buraxıb.

 

1990-ci ilin 20 yanvarında Sovet Ordusu Azərbaycanda Demokratik Hərəkatı boğmaq məqsədi ilə Bakı və digər şəhərlərə qoşun yeridib xalqa qarşı hərbi əməliyyatlara başlayan gündən VAHİD MUSTAFA YEV Hərbi Reportyor kimi fəalliyət göstərməyə başlayır.

Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda həmin il başlayan və illərlə davam edən müharibədə ilk  Reportyor olub. O vaxtdan bu vaxta qədər demək olar ki, dünyanın bütün qaynar nöqtələrində - Qarabağ, Çeçenistan, Əfqanıstan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə Hərbi Reportyor kimi çalışır, reportaj və sənədli filmlər çəkir. 


1991-ci ildə VAHİD MUSTAFA YEV – ANS PRESS adlı İnformasiya Agentliyi yaradır. Artıq On İlliklərlə Azərbaycanda baş verən hadisələr haqqında birincilər sırasında dünyaya məlumat çatdıran bu informasiya agentliyi bu gün böyük bir Milli İnformasiya İnternet Portalına çevrilib, və yarananda aya bir neçə oxucusu var idisə bu günlərdə millionlarla oxucu auditoriyasına malikdir. 

1991-ci ildə qardaşı SEYFULLA MUSTAFA YEV VƏ MİRŞAHİN AĞA YEV-lə SSRİ-də ilk Özəl və Müstəqil Televiziya Şirkəti yaradır və adını ANS qoyur.

1992-ci ilin İyunun 14-də qardaşı ÇİNGİZ MUSTAFA YEV-lə Qarabağ müharibəsini lentə almaq üçün növbəti ezamiyyətə gedir lakin ordan tək qayıdır.

SÖZÜNÜZ VARSA
ONA

YAZIN?

Növbəti gün, İyunun15-də Böyük qardaşı ÇİNGİZ MUSTAFA YEV erməni ordusunun artileriya hücumu zamanı qəhramancasına həlak olur. Azərbaycan Prezidenti HEYDƏR ƏLİ YEV-in Sərəncamı ilə ÇİNGİZ MUSTAFA YEVə «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adı verilir.

 

1993-cü ildə Azərbaycanı vaxtaşırı əhatə edən separat hərəkətlərı, milli zəmində toqquşmalar və ən əsası Qarabağ uğrunda gedən döyüşlərə baxmayaraq VAHİD MUSTAFA YEV qardaşının adını əbədiləşdirmək məqsədi ilə Qafqaz və Orta Asiyada ilk FM Radio Stansiyasını yaradır. ANS ÇM bu gündə ÇİNGİZ MUSTAFA YEVin adını Fəxrlə daşayır və Azərbaycana onlarla peşəkar Radio aparıcı və repartyor hazırlayır.

 

1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Atəşkəs elan olundu və Azərbaycan iqtisadi inkişaf yoluna başladı. Əsrin Neft Kontraktları bağlandı və ölkə dünya miqyasında tanınmağa başladı.

 

1995-ci ildən başlayaraq mövcud Media qurumlarını, yəni ANS TV, ANS PRESS və ANS ÇM Radionu Müstəqil olaraq qoruyub saxlamaq və dünya standartlarına çatdırmaq məqsədi ilə VAHİD MUSTAFA YEV kommersiya şirkətləri yaratmağa başlayır. Beləki 1995-ci ildə ANS KOMMERS Media Satış Evi, 1996-cı ildə ALLSTAR Peşəkar Audio-Video-İşıq Avadanlıqları Satışı Mərkəzi və 1997-ci ildə VMF Saatlar və digər Ziynət Əşyaları Ticarət Şirkəti yaranır və 1998-ci ildə ANS ŞİRKƏTLƏR QRUPUNU təşkil edərək müştərək şəkildə inkişafı davam etdirillər.

Bütün bu illər VAHİD MUSTAFA YEV film istehsalı ilədə məşqul olur. Bu əsasən Sənədli Fİlmlər – «Heç Kim və Heç Nə Unudulmayacaq» (1992), «Qazma» (1993), «Qarabağ» (1994), «Payızıın 17 anı» (1995) və s.

Film istehsalı sahəsinin genişləndiyini nəzərə alaraq VAHİD MUSTAFA YEV 2006-ci ildə BAKİFİLM adlı film studiyasını yaradır və tammetrajlı filmlər çəkməyə başlayır. O, 2007-ci ildən başlayaraq «Bulağıstan», «Seçilən» (2008), «Qaydasız döyüş» (2009), «Yaddaş» (və eyni adlı serial - 2010),

«Xoca» (və eyni adlı serial - 2011),  «Ağabəyovlar» (2012-2013), «Qanlı Yanvar» (və eyni adlı serial - 2015) filmlərini ekranlaşdırıb.

Vahid Mustafa yevin hər bir filmi özünəməxsus kinematoqrafiya üslubuna malikdir. Məsələn 2010-cu ildə əkranlaşdırılan "Yaddaş" filmi  post nuar janrında çəkilib.  Belə ki, Qarabağ müharibəsi məğlubiyyətlərinin xəsarətləri bu filmə pessimizm ahəngi, subyektivizm ilə yanaşı, əsas qəhramanın zədələnmiş şüurunun  sürrealistik məhsullarını ərsəyə gətirir. 2012-ci ildə ekranlara çıxan “Xoca” filmi isə texnikolor melodram elementləri olan yeni eкspressionizm üslubunda çəkilib. Sərt fərqlərlə bol olan bu filmdə rejissor tamaşaçını Bakıda baş verən şən toy məclisindən, Xocalı uğrunda ağır döyüşdə iştirak edən damatın hekayəsini ağır tragediya şəkilində səhnələşdirir. "Qanlı Yanvar" filmi isə tarixi realizm janrında çəkilmiş dərdli qələbələr sislsiləsindən bir parçadı. Filmin özəyində Silah və Ədalət terminlərinin həyatdakı yeri haqqda ağır suallar qaldırılır. 

 

VAHİD MUSTAFA YEVin bütün filmləri Sevgi və Nifrət, Qəhrəmanlıq və Xəyanətdən, Soyuq Qarla Isti Atəş arasında gedən mübarizədən bəhs edilir. Onun filmləri mənəviyyət və cəmiyyətdəki dalanların insanları necə şikəst və məhv etdiyini göstərir.

VAHİD MUSTAFA YEVin  filmləri bir neçə beynalxalq Festivallarda iştirak edib və beynəlxalq mükafatlar qazanıb. Onların sırasında Türkiyədə keçirilən Antalya Beynəlxalq “Qızıl portağal” film festivalı, Qahirə Beynəlxalq Film Festivalı, Beynəlxalq  “Fəcr” festivalı və s.

 

VAHİD MUSTAFA YEV “Tərəqqi" , “Vətən”  və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun  ali medalarına layiq görülüb. Bir sıra Beynəlxalq mükafat və diplomlara layıq görülüb.

Azərbaycan Respublikasının fəxri jurnalistidi.

 

İdmançıdır, peşəkar Muay Tay döyüş növü üzrə Avropa və Dünya Çempionatlarında iştirak edib və qələbələr qazanıb. 2005-ci ildə, Tailandda Dünya Çempionu Medalı və Kəmərini qazanıb.

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now